“Qarabağ” daha bir legioner gətirdi - SON DƏQİQƏ

21:15 Qarabağ 779
“Qarabağ” daha bir legioner gətirdi - SON DƏQİQƏ

«Qarabağ»ın baxışa çağırdığı oyunçuların sayı 3-ə çatıb.

«Köhlən atlar»ın yoxlanışa dəvət etdiyi növbəti futbolçu Akinrefon Mikail Adetorodur.

Nigeriyadan olan legioner hazırda əvəzedici heyətin sıralarındadır. O, bir neçə ay öncə sözügedən ölkəyə yollanmış Aftandil Hacıyev tərəfindən bəyənilib.

Klubun futbol akademiyasının koordinatorunun Nigeriyanın Laqos şəhərində izlədiyi turnirdə diqqətini çəkmiş bu gəncin cəmi 18 yaşı var. O, yarımmüdafiə xəttində çıxış edir.

Onun həmyerlisi, sol cinah vingeri Onyema Françis Çukvumaobim isə bir neçə gün öncə Azərbaycana təşrif buyurub.

Yerli “Komfort Edga”ya məxsus hər iki nigeriyalı bir müddət burada qalacaq. Məşqçilərin rəğbətini qazansalar, cütlüklə uzunmüddətli müqavilə imzalanacaq.

Ağdam klubu həmçinin Altay Ordubadini baxışdan keçirir. Əslən Naxçıvandan olan 21 yaşlı mərkəz yarımmüdafiəçisi ABŞ vətəndaşıdır.

Ailəlikcə həmin ölkədə yaşayan Altay futbolda ilk addımlarını San-Fransiskoda atıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti