Azərbaycanın ən reytinqli komandası Fransa yığmasının sabiq vingeri ilə anlaşmaq üzrədir

27 Mart 00:50 Qarabağ 2 692
Azərbaycanın ən reytinqli komandası Fransa yığmasının sabiq vingeri ilə anlaşmaq üzrədir

“Omoniya”nın legioneri Jali Mouaddib “Qarabağ”la danışıqları yekunlaşdırmaq üzrədir.

Sportinfo.az xəbər verir ki, bu barədə Kipr mətbuatı məlumat yayıb.

Bildirilir ki, 25 yaşlı sol vinger Azərbaycan klubuna keçməyə çox yaxındır.

Mərakeş əsilli fransalı oyunçunun “Qarabağ”la ilkin razılığa gəlməsi Kiprin böyük klublarını da hərəkətə gətirib.

Belə ki, klublar daxili birincilikdə çıxış edən digər güclü futbolçuları əldən buraxmamaq üçün onlara transfer təklifləri göndərirlər.

Jali Mouaddibin “Omoniya” ilə müqavilə müddəti mövsümün sonuna qədər olduğundan, oyunçu iyunda “Qarabağ”a azad agent kimi keçə biləcək.

Mouaddib 2019-cu ildə Fransanın U-19 millisinin formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə