“Qarabağ” ona nə vaxt “gəl və imzanı at” deyəcək?

14:00 Qarabağ 247
“Qarabağ” ona nə vaxt “gəl və imzanı at” deyəcək?

“İmişli”nin qapıçısı Andrey Sinenko karyerasında böyük sıçrayış etməyə hazırlaşır.

Belaruslu qolkiperin “Qarabağ”ın maraq dairəsinə düşdüyü iddia olunur.

Onun agenti Dmitri Xlebosolov bu məlumatı təsdiqləyib. Menecer Sinenkonun hazırda statistik göstəricilərinə görə Azərbaycanda ən yaxşı qapıçılardan biri olduğunu vurğulayıb.

Əgər Sinenko transfer olunarsa, "Qarabağ" rəhbərliyinə getmək niyyətində olduğunu bildirən Fabiyan Buntiçi əvəz edəcək.

“Mən Sinenko ilə bağlı danışıqlar aparmaq üçün “Qarabağ”ın heyətinin formalaşdırılmasında iştirak edən tanınmış agentə icazə vermişəm.

Mövsümün sonunda onun daha yüksək səviyyəyə qalxması üçün bütün variantları nəzərdən keçirəcəyik”, - deyə Xlebosolov bildirib.

28 yaşlı belaruslu qapıçının “İmişli” ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Belaruslu həmkarlarımız cari mövsümdə keçirdiyi 17 oyunda 10 dəfə qapısını toxunulmaz saxlayan Sinenkonun yay transfer pəncərəsində Ağdam təmsilçisinə keçidini istisna etmir.

Bu variant doğrudan da var. «Qarabağ»dan aldığımız məlumata görə, Sinenko həqiqətən Qurban Qurbanovun diqqətini çəkib.

Baş məşqçi hələ ötən ilin sonundan bəri adıçəkilən kiperlə maraqlanmağa başlayıb. Sadəcə, təcrübəli mütəxəssis onu komandasına «1 nömrə» olaraq dəvət etməyi düşünmür.

Sinenko razılaşarsa, ikinci-üçüncü qapıçı kimi «köhlən atlar»ın düşərgəsinə cəlb ediləcək. Bu, həm də hazırda danışıqlar aparılan djigər əcnəbi «əlcək sahibləri»ndən asılı olacaq.

Onlardan hansı biri «Qarabağ»a ehtiyat qüvvə kimi gəlməyə razılaşmasa, belarusluya «gəl və imzanı at» deyiləcək.

Sinenko ölkəmizdə üçüncü ilini keçirir. Bu mövsüm Premyer Liqada debüt edən kiper öncəki iki sezonu I Liqada yola salıb.

Öncə «İrəvan»ın formasını geyiniö, 2024-cü ilin yayından bəri isə «İmişli»nin formasını geyinir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti