“Qarabağ”da 3 milyon avroluq futbolçu – Onu kimlər izləyir?

22:05 Qarabağ 265
“Qarabağ”da 3 milyon avroluq futbolçu – Onu kimlər izləyir?

“Qarabağ”ın son illərdə avrokuboklarda göstərdiyi nəticələr futbolçuların dəyərə minməsinə səbəb olub.

Təmsilçimizin cari Çempionlar Liqasında pley-off mərhələsinə qədər yüksəlməsi digər ölkələrdən ayrı-ayrı futbolçulara olan təkliflərin sayını artırıb.

Futbol ictimaiyyətinin yararlandığı “transfermarkt” saytı il ərzində bir neçə dəfə futbolçuların bazar qiymətini təqdim edir ki, siyahıda və qiymətlərdə dəyişikliklər qaçılmaz olur.

Hazırda “Qarabağ”ın market, yəni bazar dəyəri ən yüksək olan futbolçusunun kim olduğunu bilirsiniz?

Leandro Andrade.

2022-ci ildə “Qarabağ”a gələndə dəyəri 450 min avro olan 26 yaşlı hücümameyilli yarımmüdafiəçinin indiki bazar qiyməti 3 milyon avrodur. O, bu göstəricidə hazırkı komandasında hamını qabaqlayır.

Kadi Borges 2,5 milyon avroluq dəyərlə ikinci sırada yer alıb. Braziliyalı 2021-ci ilin yayında “Qarabağ”la anlaşanda cəmi 250 min avro qiyməti var idi.

“3-lüy”ü Mateuş Koxalski qapayır. Avropa klublarının diqqətində olan Polşa millisinin üzvünün dəyəri 2 milyon avrodur.

“Qarabağ”la müqavilə bağlayanda transfer qiyməti 1,5 milyon avro idi. Yəni ciddi irəliləyişə nail olduğunu deyə bilmərik.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti