Bayram tətilində Ağdam şəhərində oldum.
Çox qısa səfər müddətində imkan tapıb, inşa olunan İmarət stadionuna baş çəkdim.
Sonuncu dəfə ötən ilin avqust ayında burada olmuşdum.
O zaman iş tam dayandırılmışdı.
Sadəcə tribunanın birinə təməl tökülmüşdü.
Budəfə gördüklərim "Qarabağ" azarkeşlərini sevindirəcək.
İşlərə start verilib.
Özü də tam sürətlə.
Arenanın dördbir tərəfində tikinti gedir.
İcazə olmadığı üçün çəkiliş edə bilmədim.
Amma öyrənə bildim ki, aprel ayından işçi qüvvəsi bir qədər də artırılacaq.
Tikinti daha da sürətlənəcək.
Məqsəd bir neçə ay əvvəl elan olunduğu kimi, bu ilin sonunda idman qurğusunu təhvil verməkdir.
Yeni "İmarət" stadionunun təməli 2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyev tərəfindən qoyulub.
Bu ilin yanvarında isə dövlət tərəfindən Ağdam şəhərində inşa olunacaq “İmarət” stadionunun tikintisi üçün ilkin mərhələdə 30,4 milyon avro (60,5 milyon manat) vəsait ayrılıb.
XANOĞLAN / SPORTİNFO.AZ

