Qurban Qurbanov futbolçularını bu xəbərlə sevindirdi

19:00 Qarabağ 460
Qurban Qurbanov futbolçularını bu xəbərlə sevindirdi

Milli komandalara ən çox futbolçu verən komandaların başında yenə “Qarabağ” dayanır.

Yığma komandaların oyunları ilə bağlı çempionatda yaranmış fasilə zamanı 8 futbolçu düşərgəni tərk edib.

Bunlar Azərbaycan seçməsinə dəvət olunan Şahruddin Məhəmmədəliyev, Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Toral Bayramov və Musa Qurbanlıdır.

Hikmət Cəbrayılzadə U-21-in, Marko Yankoviç Monteneqro, Mateuş Koxalski isə Polşa yığmasının sıralarına qoşulub.

Baş məşqçi Qurban Qurbanov “Kəpəz”ə məğlubiyyətə baxmayaraq, futbolçulara nə az, çox çox, 4 gün istirahət imkanı yaradıb. Bu addım oyunçuların psixoloji yüklənmədən uzaq durmasına hesablanıb.

Odur ki, komanda üzvləri martın 25-dən etibarən Qurbanovun sərəncamında olacaq.

Fasilə dönəmində hansısa rəqiblə yoxlama matçı nəzərdə tutulmayıb. Hazırlıq prosesi əvəzedici komandadan cəlb olunan futbolçuların hesabına ikitərəfli oyunla yekunlaşacaq.

“Qarabağ” növbəti görüşünü aprelin 3-də “Sabah”a qarşı keçirəcək.

Azərbaycan kubokunun yarımfinalının ilk oyunları çərçivəsində Tofiq Bəhramov adına stadionda gerçəkləşəcək duel saat 20:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti