Kadi, sən nə edirsən? – Maraqla izlənilən həmin VİDEO

16:30 Qarabağ 172
Kadi, sən nə edirsən? – Maraqla izlənilən həmin VİDEO

Çempionlar Liqası ilə vidalaşandan sonra daxili yarışlarda qələbələri sıralayan “Qarabağ”da əhval-ruhiyyə yüksəlib.

Bunu görmək üçün komandanın paltardəyişmə otağındakı atmosferə diqqət yetirmək kifayət edir.

Bir neçə gün öncə mıəşqdən əvvəl yaşanmış hadisə üzləri güldürüb.

Komandanın əsas simalarından olan Kadi Borgesin paltardəyişmə otağında idman geyimi ilə klassik ayaqqabını “tutuşdurması” futbolçuların gülüşünə səbəb olub.

Makro Yankoviç Kadinin məlum görüntüsünü telefonunun yaddaşına köçürəndən sonra onu sosial şəbəkə hesabında paylaşıb.

Videoya çəkildiyini görən Kadi ayağa qalxaraq poz verməyi unutmayıb.

Aşağıdakı videoda təsvir etdiyimiz mənzərə ilə tanış ola bilərsiniz.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti