"Qarabağ" çempionluq mübarizəsində növbəti zərbəni "Kəpəz"dən qaldı.
Ağdam təmsilçisi bu dəfə Yevlax şəhər stadionunda bölgə klubundan məğlubiyyət aldı - 0:1.
Artıq lider "Sabah"la aradakı xal fərqi 10-du.
Əksəriyyət ehtiyatda bir oyunu qalan "köhlən atlar" üçün çempionluq şanslarının bitdiyini düşünür.
Amma komandanın hücumçusu Musa Qurbanlı fərqli düşünür.
23 yaşlı forvard Sportinfo.az-a açıqlamasında sona qədər döyüşəcəklərini bildirib:
"Yox, çempionluq mübarizəsinin bitdiyini demək olmaz. Mənim üçün belədir.
Mən hər zaman sona qədər mübarizə aparmağın tərəfdarıyam.
Nə qədər ki, riyazi olaraq şans var, biz maksimum vuruşacağıq".
XANOĞLAN

