"Qarabağ"ın hücumçusu Musa Qurbanlı Premyer Liqanın 25-ci turunda "Kəpəz"ə məğlub olduqları (0:1) qarşılaşmadan sonra Sportinfo.az-a açıqlama verib.
23 yaşlı forvard ilk olaraq görüş barədə danışıb:
"Əlbəttə, üzgünük. Çempionluq yolunda qələbə bizə çox lazım idi. İstəməzdik belə olsun. Meydana qələbə üçün çıxmışdıq. Qələbə qazanmalı idik. İlk növbədə günahı özümüzdə axtarmalıyıq. Xeyirlisi, nə demək olar".
Qurbanlı "Kəpəz"in layiqli mübarizə apardığını bildirib:
"Kəpəz" yaxşı mübarizə apardı. Haqqını vermək lazımdır. Cəsarətli futbol oynadılar. Sona qədər vuruşdular. Qələbəni haqq edirdilər.
Təbii ki, bizim də hardasa çatışmazlığımız olub ki, qələbə qazana bilmədik. Günahı özümüzdə axtarmalıyıq. Səhvlərimizin üzərində işləməliyik. Düzdü, başqa nüanslar olsa da, əsas odur biz öz səhvlərimizə baxaq".
O, sonda hakim qərarlarını da şərh edib:
"Şübhəli epizodları təkrar izləmək imkanım oldu. Vallah deyiləcək bir şey yoxdur. Məncə, göz qabağındadır. Bir yox, iki epizod oldu. Hətta təkrar elə verildi ki, heç görsənməsin. Qayda pozuntusunu 5 kadrda verdilər, amma şübhəli penal epizodunda tezbazar üzərindən keçdilər. Neyləmək olar, əlimizdən gələn bir şey deyil. Qərarlar hakimlikdir, gərək onlarda axtarsınlar"
XANOĞLAN

