“İnanıram ki, məni görüblər“.
Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın legioneri Emmanuel Addai deyib.
25 yaşlı yarımmüdafiəçi Qana yığmasının heyətində 2026-cı il dünya çempionatında çıxış etmək istəyir.
O, hələlik millinin məşqçilər heyətindən heç bir mesaj almadığını və onlarla birbaşa ünsiyyətdə olmadığını söyləsə də, ümidini itirmədiyini əlavə edib:
“Hər şeyin bir səbəbi var, hər şey doğru zamanda baş verir. Ona görə də mən zamanımı gözləyirəm.
Tələsmirəm - əsas məqsədim bütün il ərzində əla mövsüm keçirmək və müxtəlif istiqamətlərdə inkişaf etməkdir”.
Emmanuel Addai 2024-cü ilin avqustunda “Qarabağ”la 2 illik müqavilə bağlayıb.
Qana millisi dünya çempionatında İngiltərə, Xorvatiya və Panama ilə birlikdə L qrupunda mübarizə aparacaq.

