Elxan Məmmədovun qardaşı: “Qarabağ” böyük bir iş görür”

00:31 Qarabağ 111
Elxan Məmmədovun qardaşı: “Qarabağ” böyük bir iş görür”

"Bizim məqsədimiz ondan ibarətdir ki, Qarabağ adı bütün dünyada tanınsın.

Siz komanda olaraq böyük bir iş görürsünüz, Qarabağ adını dünyanın ən böyük futbol stadionlarında səsləndirirsiniz”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov “Qarabağ” ilə əməkdaşlıq memorandumunun imzalanması mərasimindəki çıxışında bildirib.

Ağdam təmsilçisinin avrokuboklardakı çıxışı barədə danışan E.Məmmədov bildirib:

“Heç birimizin ağlına gəlməzdi ki, bir gün "Qarabağ" böyük tarixə malik komandalarla eyni səviyyədə oyun nümayiş etdirəcək.

Mən həm bir azərbaycanlı, həm də "Azərxalça" komandasının rəhbəri olaraq gördüyünüz böyük işə görə ilk növbədə sizə minnətdarlığımı bildirirəm.

Çünki hamımız başa düşürük ki, belə nəticələrin arxasında ciddi iş dayanır. Başda klub rəhbərliyi olmaqla, hər birinizi alqışlamaq və sizə təşəkkür etmək istəyirəm.

"Azərxalça" komandası kimi bizim də əsas məqsədimiz Qarabağ adını tanıtmaqdır. Lakin biz bunu futbol stadionlarında deyil, müxtəlif hərraclarda, tanınmış dünya kolleksiyalarında və muzeylərində təqdimatlarımız, sərgilərimizlə edə bilərik.

Əminəm ki, bizim əməkdaşlığımız davam edəcək və birlikdə gözəl layihələr həyata keçirəcəyik. İstərdik ki, tezliklə "Azərxalça" və "Qarabağ"ın xüsusi layihəsi təşkil olunsun.

Satılan hər bir aksesuardan, xalçadan əldə olunan gəlir müxtəlif bölgələrdəki futbolçularımıza dəstək olacaq. Çünki biz elə bir kollektivik ki, əməkdaşlarımızın 85 faizi kəndlərdə yaşayan xanımlardır.

Ölkəmizin müxtəlif bögələrində də emalatxanalarımız var. Biz də istəyirik ki, xalçaçılıq sənəti daim yaşasın və mədəni irsimizi qoruyaq".

Emin Məmmədov AFFA-nın sabiq baş katibi, hazırda FİFA-nın direktor olan Elxan Məmmədovun qardaşıdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti