Yeni mövsüm hazırlıqlarına start verən «Qarabağ» ilk transfer çalışmasını bitirib.
Saytımız bu barədə klubdan məlumat alıb.
Redaksiyamıza verilən informasiyaya görə, Jali Muaddiblə danışıqlar uğurla başa çatıb.
Ağdam təmsilçisi heyətini gücləndirmək istiqamətində növbəti addımını atıb. Son illərin dəyişməz çempionu 25 yaşlı vingerə 3+1 illik müqavilə şərtlərini razılaşdırıb.
O, fikrini dəyişməyəcəyi və yayda Azərbaycana gələcəyinə dair «köhlən atlar»a söz verib. Belə deyək, tərəflər «ön protokol» adlandırılan şəxsi sənədə imza atıblar.
2019-cu ildə Fransanın U-19 yığmasına çağırılmış və burada 1 oyuna 1 qol vurmuş yarımmüdafiəçi "Lill"«n yetirməsidir.
2018-2020-ci illər aralığında bu klubun əvəzedict heyətində çıxış edib. Növbəti 3 ildə isə «Angers B»yə məxsus olub.
Bu müddətdə icarə əsasında «Avrançes»in uğurları üçün tər töküb. 2023-cü ildə Rumıniyaya yollanıb, «Botaşani» ilə anlaşıb.
İki il burada özünü göstərəndən sonra ötən ilin yayında Kiprə üz tutub. Hazırda da «Omoniya Aradippu»ya aiddir.
SPORTİNFO.AZ

