"Onu "Qarabağ"dan almaq üçün çox pul lazımdır"

9 İyun 2024 22:05 Qarabağ 6 697
"Onu "Qarabağ"dan almaq üçün çox pul lazımdır"

"Qarabağ"ın qapıçısı Andrey Lunyovun sabiq klubu "Zenit"ə qayıtmaq ehtimalı var.

İddialara görə, Rusiyanın premyer-liqa təmsilçisi qolkiperi heyətinə qatmaq məqsədi ilə Ağdam təmsilçisiylə danışıqlara başlayıb.

Sportinfo.az xəbər verir ki, "sport-weekend.com" saytı söz-söhbətlərə aydınlıq gətirmək məqsəldilə "Zenit"in sabiq idman direktoru Boris Rapoportla əlaqə saxlayıb.

O, bunları söyləyib:

"Zenit"in əsas məqsədi başqa qapıçı, xüsusilə Andrey Lunyovu transfer etmək deyil. Düzü, bu, məntiqlə uzlaşmır.

Çünki Azərbaycan klubunun qapıçısı həm ölkə çempionatında, həm də Avropada uğurlu çıxış edərək qiymətini xeyli artırıb. Deməli, Lunyovu "Qarabağ"dan almaq üçün çox pul lazımdır.

Həm də, bilirsiz, nə var? Lunyov çoxdan "Zenit"dən ayrılıb. İnanmıram ki, klub bundan sonra ona yenidən müraciət etsin".

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”