COP29

"Qarabağ" vs "Bayer" qiyməti: Bu gün satış başlayır

1 Mart 00:50 Qarabağ 256
"Qarabağ" vs "Bayer" qiyməti: Bu gün satış başlayır

Avropa Liqanın 1/8 final mərhələsində keçiriləcək “Qarabağ” - “Bayer” oyununun biletləri bu gün saat 12:00-dan etibarən iticket.az-da satışa çıxarılacaq.

Sportinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 40, 100 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri:

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

”Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"