COP29

Premyer Liqa klubu “Qarabağ”la RAZILIQ ƏLDƏ ETDİ

26 Fevral 17:20 Qarabağ 4 144
Premyer Liqa klubu “Qarabağ”la RAZILIQ ƏLDƏ ETDİ

“Qarabağ”la “Kəpəz” arasında yeni razılaşma əldə olunub.

Buna əsasən, Ağdam təmsilçisi martın 29-da Tovuza yollanmayacaq.

Gəncə təmsilçisi Premyer Liqanın 29-cu turuna təsadüf edəcək ev qarşılaşmasını Bakıda keçirəcək.

“Sarı-göylər” həmin tarixdə nominal ev sahibi qismində “köhlən atlılar”la üz-üzə gələcək. Görüş yeri də məlumdur - Tofiq Bəhramov adına Respublika stadionu.

Bu gün "Kəpəz"in ev oyunları ilə bağlı yeni qərar verilib. Gəncə klubu Premyer Liqanın 26-cı turundan etibarən rəqiblərini yenidən Tovuz şəhər stadionunda qəbul edəcək.

Qərb təmsilçisi mövsümün gedişində də Tovuzdakı arenanın xidmətindən istifadə edib.

Amma qış fasiləsindən sonra Qəbələ şəhər stadionuna köç etməli olmuşdu.

Buna səbəb Tovuz şəhər stadionunda işıq dirəyinin güclü külək səbəbindən aşması idi.

Ümumiyyətlə isə Gəncə şəhər stadionunda aparılan yenidənqurma işlərinə görə "Kəpəz" doğma şəhərdə rəqiblərini qəbul edə bilmir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"