COP29

"Qarabağ"ın qapıçısı və yarımmüdafiəçisi liderdir - Avroliqada

25 Fevral 00:40 Qarabağ 581
"Qarabağ"ın qapıçısı və yarımmüdafiəçisi liderdir -  Avroliqada

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarından sonra statistik göstəriciləri açıqlayıb.

Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın oyunçusu Andrey Lunyov turnirdə ən çox qurtarış edən qapıçıdır.

Rusiyalı qolkiper 37 "seyv" edib. Kiprin "Aris" klubundan Vana Alves (30) ikinci, Polşanın "Rakuv" kollektivindən Vladan Kovaçeviç (27) üçüncü yeri tutub.

"Köhlən atlar"ın braziliyalı yarımmüdafiəçisi Julio Romao isə Avropa Liqasında ikili mübarizələrdə ən çox qalib olan oyunçudur.

O, 27 dəfə buna müvəffəq olub. Serbiyanın “Baçka Topola” klubundan Milan Radin (22) ikinci, "Aris"dən Culius Szoke (20) üçüncüdür.

"Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın "Braqa" klubunu üstələyib.

Səfərdə rəqibinə qalib (4:2) gələn Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda əlavə vaxtda məğlub (2:3) olsa da, 1/8 finala yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"