"Bu məğlubiyyət "Braqa"nı Bakıda tarixi nəticə əldə etməyə məcbur edir"

22 Fevral 2024 12:40 Qarabağ 476
"Bu məğlubiyyət "Braqa"nı Bakıda tarixi nəticə əldə etməyə məcbur edir"

Portuqaliya mətbuatı 1/8 finala yüksəlmək üçün "Braqa"nın “Qarabağ”ı ilə Avropa Liqasının pley-off cavab oyununda (ilk oyun – 2:4) nə etməli olduğunu açıqlayıb.

Sportinfo.az xəbər verir ki, “SIC Notícias” portalı “Qarabağ” – “Braqa” görüşü haqda bunları yazıb:

"Pley-off mərhələsində ilk görüşdəki məğlubiyyət "Braqa"nı Bakıda tarixi nəticə qazanmağa məcbur edir.

Avrokuboklarda heç vaxt “Braqa” pley-off mərhələlərində iki və ya daha çox qol fərqindən uğurlu nəticə ilə çıxa bilməyib. Komandaya altıncı dəfə AL-in 1/8 finalına yüksəlmək üçün məhz bu lazımdır".

“Qarabağ” – “Braqa” görüşü bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və matça 21:45-də start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?