COP29

Qurban Qurbanova göz qırpan gənc və ya sürət axşamı

27 Noyabr 2023 10:40 Qarabağ 6 305
Qurban Qurbanova göz qırpan gənc və ya sürət axşamı

Gələn həftə Avropa Liqasının qrup mərhələsində beşinci turun oyunları keçiriləcək.

«Qarabağ» Norveçdə «Molde»nin qonağı olacaq.

Bu qarşılaşma əsas sualın cavabına - qrupda ikinci yeri tutacağına aydınlıq gətirəcək.

Qurban Qurbanovu bu dəqiqə başqa sual, başqa məsələ-filan maraqlandırmır. O, yalnız həmin sualın düzgün cavabını, müsbət həlli axtarır.

Əslinə qalsa, Qurbanov Bakıdan ona yaxşı tanış olan «Molde»ni səfərdə də üstələməyin çarəsini bilir.

Bu rəqib yüngül və ağır zarafatı sevmir, ona ciddi münasibət göstərilməsini istəyir.

Bu münasibət də sürətli oyundan keçir.

«Qarabağ» Masazırda həmin sürət məşqini etdi. «Sabah»a təklif olunan temp Norveç səfərinə hazırlığın mühüm parçasıdır.

Düzdür, «Qarabağ» sürətli hücumları məntiqi sonluğa çatdırmağa çətinlik çəkirdi, ancaq Qurban Qurbanovun bu yöndə israrla verdiyi tapşırıqlar, «dayanmayın» göstərişləri məndə belə bir təəssürat yaratdı ki, o, komandanı Norveçdə mövqe hücumları üzərində qurulmuş sxem üzrə oynatmayacaq.

Nəriman Axundzadə Masazırda vurduğu qolla baş məşqçisinə göz qırpdı. Bir az da öz üzərində işləsə və şəxsi həyatına həssas yanaşsa, yəqin ki, Qurban Qurbanovun vazkeçilməzlərindən biri olacaq.

Bəlli məsələdir ki, o, hücum yükünü yalnız Juninyonun çəkməsini istəmir və Nərimanın artırması ilə bu rəqabət ciddi görkəm alacaq.

Çün Qurbanov ada baxan, ondan asılı məşqçilərin sıralarını çoxdan tərk edib və çox vaxt riskə getməyi xoşlayır.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"