COP29

"Qurban Qurbanov və digər şəxslərlə danışacam, lazımdırsa..." - "Qarabağ"ın prezidentindən ÖNƏMLİ AÇIQLAMALAR

22 Sentyabr 2023 21:20 Qarabağ 4 705
"Qurban Qurbanov və digər şəxslərlə danışacam, lazımdırsa..." -

“Qarabağ”ın prezidenti Tahir Gözəl bu gün mətbuat nümayəndələri ilə görüş keçirib.

Səmimi ortamda keçən görüşdə klub rəhbəri jurnalistləri maraqlandıran suallara da cavab verib.

Tədbirdə Sportinfo.az saytın təmsil edən Xanoğlan İmanovun “İndiki “Qarabağ”ı hansı pillədə görmək istərdiniz və hazırda klubda hansı işlər sizi razı salmır və gələcəkdə həmin nöqsanların aradan qalxmasını xəyal edirsiniz” sualına Tahir bəy belə cavab verib:

“Mən indiki "Qarabağ"dan razıyam. Qurban Qurbanov Allahın mənə bəxş etdiyi ən böyük hədiyyələrdən biridir. Çünki "Qarabağ"a ürəyini vermiş biridir. Biz xaricdən məşqçilər gətirməyə çalışdıq. Amma bu komandanın adını daşımaq üçün ürəyini verməlisən. Azərbaycanlı olmalısan. Bizim çətinliyimiz odur ki, bura gələn bu adı dərk etməlidir.

Məsələn, Yunanıstanı Avropa Çempionu edən Otto Rehagel almaniyalıydı. O, sonra da Yunanıstanda qaldı. Heç yerə getmədi. Ürəyini verdi Yunanıstan üçün. Belə şeylər nadir hallarda olur.

Qurban Qurbanov olmasaydı, "Qarabağ" bu gün çətin durumlarda ola bilərdi. Qurban Qurbanov deyəndə bir şəxsdən söhbət getmir. Burada onun bütün komandasın nəzərdə tutmalıyıq. Məsələn, köməkçi məşqçi Elçin Rəhmanovla üz-üzə gəlmək həyatımdakı ən mənalı anlardan biridir. Onu hər dəfə bağrıma basmaq içimdən keçir. Klubumdan çox razıyam. Qarşıya qoyulan hədəf və tapşırıqlar yerinə yetirilib. Bu barədə bir əskiklik görmürəm. Özüm də böyük bir futbol həvəskarı deyiləm ki, deyəm filan yerdən filan futbolçuları gətirsək yaxşı olar.

Mənim Azərbaycanda öz şəxsi hədəflərim var. O üzdən futbola çox vaxt ayıra bilmirəm. Amma Qurban Qurbanovla tez-tez görüşürəm. Onun komandasına güvənirəm.

Əsas komanda ilə bağlı yalnız onu deyə bilərəm ki, əgər dövlət Suraxanıdakı ərazini bizə versə, infrastruktur üçün əlavə büdcə qoymağa hazıram. Orada da işlər hələ bitməyib. Çatışmazlıqlar var. Amma başa düşmürəm ki, oradakı ərazini bizə niyə vermirlər. Oradakı insanlar, idmançılar da "Qarabağ" qədər önəmlidir. Hamısına hörmətim var. Onları başqa yerə köçürüb, ərazini bizə versinlər. Gələn qonaqlar da görsünlər ki, "Qarabağ"ın möhtəşəm tesisləri var".

Tahir bəy “Böyük akademiya planları qurduğunuzu bilirik. Amma ona kimi əlinizdə olanlara sahib çıxmaq, hazırda akademiyada olan nöqsanları aradan qaldırmaq da vacibdir axı” iradına isə belə reaksiya verib:

“Mənim üçün bu gün akademiya əsas hədəfdir. Məqsəd qoymuşam ki, qarşıdakı 3 ili maddi imkanlarımı bura yönəldim. Çox səmimi və xoş etiraf edəcəm. Bugünkü görüşə qədər bildirirdim ki, torpaq versinlər, sonra akademiya işlərinə köklü başlayaq. Amma bu gün mənə aydın oldu ki, yox, torpağı gözləməyə ehtiyac yoxdur. Elə bu gün başlamaq lazımdır. Və bugünkü tədbirdən sonra Qurban Qurbanov və digər şəxslərlə danışacam. Lazımdırsa xaricdən mütəxəssislər gətirərək sahəni inkişaf etdirməliyik. Məqsədim akademiya, akademiya, akademiyadır. Əsas komandamızda ediləsi bir şey yoxdur. Allaha şükürlər olsun. Baxın, daha nə eliyim? 10 il ardıcıl avrokuboklarda qruplara qalmışıq. Əsas komandada Fərid, Yusif, Murad kimi aslan cavanlarımız var. Orada işlər gözəl gedir. Amma akademiyamıza 10 xallıq şkala üzərindən 3 verərdim”.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 İyul 19:30 Çək və bizə göndər!
16 İyul 11:20 Gedəcəyiniz yolu bilin