“Qarabağ” məşhur brendə döndü, rəngi dəyişdi, 2 ulduzlu... FOTOLAR

30 İyun 2023 02:40 Qarabağ 2 925
“Qarabağ” məşhur brendə döndü, rəngi dəyişdi, 2 ulduzlu... FOTOLAR

"Qarabağ” yeni mövsümün hazırlığı çərçivəsində ilk yoxlama oyununu keçirdi.

Xəbər verdiyimiz kimi, dünən Avstriyanın Tirol şəhərində Ağdam təmsilçisi Macarıstan “Ferensvaroş”u ilə qarşılaşdı.

3:3 hesabı ilə başa çatan matçda “Qarabağ”ın qollarını Nəriman Axundzadə (2) və Leandro Andrade vurdular.

Bu matçda diqqət çəkən bir məqam da oldu. Qurban Qurbanovun futbolçuları oyuna yeni formalarla çıxdılar.

Əgər əvvəlki illərdə komanda ağ və ya qara geyimlə çıxış edirdisə, indiki forma göy rəngdə idi.

Formanın çiyin və qol hissəsində, eləcə də şortda zolaqlar var. Bu, həm də istehsalçı şirkət “Adidas”ın rəmzi sayılır.

Formanın döş hissəsində isə “Qarabağ”ın 2 ulduzlu loqosu əks olunub. Ağdam təmsilçisinin daha bir forması isə ağ rəngdədir.

Komanda 2023/24 mövsümü Avropa kubokları, eləcə də Premyer Liqa və Azərbaycan kubokunun oyunlarında bu formaları geyinəcək.





Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"