"Qarabağ" portuqaliyalı ilə müqavilə bağlayacaqmı?

2 İyun 2023 14:40 Qarabağ 9 538
"Qarabağ" portuqaliyalı ilə müqavilə bağlayacaqmı?

"Tondela"nın vingeri Rafael Barbozanın "Qarabağ"ın maraq dairəsində olması haqda xəbərlər yayılıb.

"Diario de Transferencias"ın iddiasına görə, portuqaliyalı hazırkı klubu ilə müqaviləni yeniləməyib və azad agent statusu almağa hazırlaşır.

Çin klublarının da Barbozanı istədiyi bildirilir. O da qeyd olunur ki, cinah oyunçusu "Tondela"nı başqa yerli komanda ilə əvəzləməsi mümkündür.

27 yaşlı futbolçu bütün karyerasını Portuqaliyada keçirib.

O, “Boavişta”, “Sportinq B”(Lissabon), “Eştoril”, “Portimonense”, “Uniao Madeyra”, “Pakoş Ferreyra”da oynayıb.

“Qarabağ“dan redaksiyamıza bildirilib ki, Barbozanın transferi gündəmdə deyil.

Düzdür, portuqaliyalı menecerlər vasitəsilə kluba təklif olunub, sadəcə, müxtəlif səbəblərdən danışıqlara başlanılmasına lüzum qalmayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"