"Qarabağ" İLK TRANSFER üçün nə qədər PUL ÖDƏDİ?

30 May 2023 14:00 Qarabağ 9 501
"Qarabağ" İLK TRANSFER üçün nə qədər PUL ÖDƏDİ?

"Qarabağ"ın "Zirə"dən heyətinə qatdığı Hamidu Keytaya görə nə qədər xərcə düşdüyü bilinib.

Azərbaycan çempionu yeni mövsümün ilk transfer əməliyyatını həyata keçirməkdən ötrü 300 min dollar xərcə düşüb.

Son ilyarımı qəsəbə klubunda keçirmiş fransalı vinger martın 26-da “Qarabağ”ın "Qalatasaray"la oynadığı xeyriyyə matçında iştirak etmişdi. O, Ağdam klubunun heyətində ikinci yarıda meydana çıxmışdı.

29 yaşlı yarımmüdafiəçi daha əvvəl ölkəsində "Oser", "Havr", “Trelissak”, “Sent Etyen”, “Şambli”, Rumıniyada “Dunerya”, “Farul” və “Botoşoni”də çıxış edib.

Son olaraq Portuqaliya “Santa Klara”sının formasını geyinib.

"Köhlən atlılar" onunla 2+1 illik anlaşıb. 300 min dollar Keytanın ilk ilində qazanacağı məbləğdir. Növbəti mövsümlərdə bu rəqəm bir qədər də artırılacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!