Donald Geryedən Qurban Qurbanova ÜSTÜÖRTÜLÜ MESAJ

27 Mart 2023 17:00 Qarabağ 4 982
Donald Geryedən Qurban Qurbanova ÜSTÜÖRTÜLÜ MESAJ

“Qarabağ” və “Qalatasaray” arasında keçirilən yoldaşlıq matçı, nəhayət, dünən başa tutdu.

İstanbul nəhənginin qəlbəsi ilə (2:1) başa çatan qarşılaşma heç də yoxlama görüşü havasında keçmədi.

Qardaşlıq matçı həm də meydandakı barışmaz mübarizə ilə yadda qaldı. Bu da futbolçuların durumuna ciddi qiymət verməyə imkan yaratmış oldu.

Məsələn, Donald Gerye kimi. Qurban Qurbanov “Zirə”yə məxsus futbolçunu bir oyunluq heyətinə cəlb etmişdi.

Müxtəlif vaxtlarda üst-üstə 3 mövsüm “köhlən atlar”ın heyətində oynamış haitili üçün bu dəvət sanki bir mükafat idi. Bilirik ki, paytaxt klubuna gələnə kimi bir neçə dəfə mətbuata açıqlamasında Gerye açıq etiraf etmişdi ki, yenidən Qurbanovun rəhbərliyi altında oynamaq istəyirəm.

Bu istəyi təcrübəli mütəxəssis yoxlama oyununda ona qismət etdi.

Ancaq, deyəsən, bu həvəs bir oyunla bitənə oxşamır. Belə ki, 90 dəqiqə meydanda ən yaxşılardan olan 33 yaşlı müdafiəçi hələ qocalmadığını göstərmiş oldu.

Özünü isbatlamaq istəyini açıq-aşkar göstərən arxa xətt oyunçusu hətta bir epizodda uzaq məsafədən vurduğu əla cərimə zərbəsindən sonra qola çox yaxın oldu.

Qışdan sonra “Zirə”nin şərəfin qoruyan oyunçu hələ belə parlaq futbolla yadda qalmamışdı.

O, bununla sanki Qurbanova “mən də varam” mesajını ötürmüş oldu.

Cavabın necə olacağını isə ən yaxşı halda yayda görə bilərik.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti