
Martın 26-da Azərbaycan və Türkiyənin sevilən komandaları – “Qarabağ”la “Qalatasaray” qarşılaşacaq.
Oyunla bağlı önəmli suallardan biri ağdamlıların heyətində “cim-bom”a qarşı hansı futbolçuların iştirak edəcəyidir.
Azərbaycan, Gürcüstan və Monteneqro yığmalarına dəvət olunan 9 nəfərdən başqa (Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Toral Bayramov, Riçard Almeyda, Filip Ozobiç, Ramil Şeydayev, Musa Qurbanlı, Luka Quqeşaşvili, Marko Veşoviç) 3 futbolçu zədəlidir (
Şahruddin Məhəmmədəliyev, Abbas Hüseynov, Bədavi Hüseynov). Daha 2 futbolçunun (Marko Yankoviçlə Amin Ramazanov) oynayıb-oynamayacağı sual altındadır.
Belə olduğu halda “Qalatasaray”a qarşı şans qaza biləcək futbolçuların, yəni son günlər məşqlərdə iştirak edən oyunçuların adını təqdim edirik:
Maksim Medvedev, Kevin Medina, Rahil Məmmədov, Qara Qarayev, İsmayıl İbrahimli, Julio Romao, Nəriman Axundzadə, Yassin Benzia, Abdulla Zubir, Adama Diakabi, Leandro Andrade, Redon Cica.
Yoldaşlıq-qardaşlıq oyunu martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.
Görüşdən əldə olunacaq bütün gəlirlər qardaş Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.
HƏBİB / SPORTİNFO.AZ