Fəaliyyətini bərpa edən klub "Qarabağ"ın "Qalatasaray"la oyununa 100 bilet aldı

19 Mart 2023 00:50 Qarabağ 1 000
Fəaliyyətini bərpa edən klub "Qarabağ"ın "Qalatasaray"la oyununa 100 bilet aldı

"Şəfa" adından Türkiyədə zəlzələdən əziyyət çəkənlərə yardım oyununa dəstək məqsədilə 100 ədəd bilet satın alınıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabında məlumat yayılıb.

Biletlər akademiyanın uşaqları və valideynləri üçün (yalnız gələ biləcək olanlara) hədiyyə olunacaq:

"Biletlər oyunçularımıza və hər oyunçunun sadəcə 1 valideyninə hədiyyə olaraq veriləcək.

Oyunçularımızdan oyuna klubumuza aid formanı geyinib gəlmələri xahiş olunur. Oyuna gələ biləcək olan oyunçularımız bizə bildirərək, biletlərini əldə edə bilərlər".

"Qarabağ" - "Qalatasaray" yoldaşlıq matçı martın 26-sı saat 20:00-da BOS-da baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Yanvar 18:10 Çək və bizə göndər!
30 Yanvar 04:00 Bu yola əl atdı - FOTOLAR