Ramil Şeydayev onları heç vecinə də almadı! - VİDEO

6 Fevral 2023 23:00 Qarabağ 5 310
Ramil Şeydayev onları heç vecinə də almadı! - VİDEO

“Kəpəz” – “Qarabağ” qarşılaşmasından sonra hər iki komandanın azarkeşləri şad görünürdü.

Meydan sahiblərinin fanatları son çempionla oyunda qopardığı 1 xala görə, qonaqların tərəfdarları isə yararsız qazonda sona qədər ağalıq etdiyinə görə sevimli komandalarını alqışladı.

Lakin nədənsə “Qarabağ”ın əksər futbolçuları Bakıdan Gəncəyə səfər edən və onları yanlarına səsləyən fanatlarını unutdu.

“Qarabağ ordu” ilə “İmarət”in 200-ə yaxın üzvü futbolçuları ayaqüstə alqışlasa da, futbolçulardan cəmi 7-8 nəfər onlara tərəf gedib təşəkkür etdi.

Amin Ramazanov, Qara Qarayev, Bədavi Hüseynov, Riçard Almeyda, Redon Cica, Kevin Medina, və daha 1-2 nəfər.

Ramil Şeydayev isə buna gərək duymadı. Baxmayaraq ki, milli üzvü meydanı tərk etməyə hazırlaşanda kənardan ona komanda yoldaşlarına tərəf gedib azarkeşlərə təşəkkür etməklə bağlı məlumat verildi.

Şeydayev buna məhəl qoymadı. Yaşanan mənzərəyə tərəf baxdı və başını aşağı salıb paltardəyişmə otağına yollandı.

Premyer Liqanın 21-ci turu çərçivəsində keçirilmiş “Kəpəz” – “Qarabağ” oyunu 1:1 hesabı ilə başa çatıb.

SPORTİNFO.AZ

Həmin görüntü ilə aşağıdakı videoda tanış ola bilərsiz.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 18:10 Çək və bizə göndər!
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 13:30 "Sportinfo TV”də GÜNDƏM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız