"Qarabağ”ın legioneri Rusiya qəzetinə BUNU AÇIQLADI

11 Aprel 17:00 Qarabağ 1 072
"Qarabağ”ın legioneri Rusiya qəzetinə BUNU AÇIQLADI

"Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiyanın tanınmış “İzvestiya” qəzetinə geniş müsahibə verib.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı futbolçu Ağdam klubu ilə bağlı bir sıra suallara da cavab verib.

O, Avroliqada gərgin qrafikdə oynamış komandasının bu mövsüm Premyer Liqanın bitməsinə 8 tur qalmış çempionluğu necə təmin etməsi barədə sualı cavablandırarkən deyib:

“Düşünürəm ki, bu, işə düzgün yanaşma ilə bağlıdır. O mənada ki, hər oyunda maksimum konsentrasiya bütün 90 dəqiqə ərzində saxlanılıb.

Sıx təqvimə və digər məsələlərə baxmayaraq…

Bir çox rəqib buna hazır deyildi. Bu məsələ məşqçilər korpusunun düzgün sözləri, motivasiyası, kadrların rotasiyası baxımından səriştəli yanaşma da öz təsirini göstərdi”.

Digər Xəbərlər
Xəbər Lenti