“Beşiktaş” tanınmış azərbaycanlı idmançının oğlunu “Qarabağ”dan aldı - VİDEO

30 Noyabr 2022 20:00 Qarabağ 4 359
“Beşiktaş” tanınmış azərbaycanlı idmançının oğlunu “Qarabağ”dan aldı - VİDEO

“Qarabağ”ın yetirməsi Furqan Musayev “Beşiktaş”la müqavilə imzalayıb.

8 yaşından etibarən Ağdam klubunda futbolun sirlərini öyrənməyə başlayan istedad hazırda İstanbul təmsilçisinsin akedemiyasındadır.

“Qara qartallar” 12 yaşlı hücumçu ilə uzunmüddətli kontrakt bağlayıb.

“Pələng” ləqəbli forvard “Beşiktaş”ın U-13 komandasına cəlb olunub. “Qarabağ” bu keçid üçün qarşı tərəfdən təzminat istəməyib.

Furqan Azərbaycan Muay-Tay və Tayboksinq Federasiyasının prezidenti, doqquzqat dünya, üçqat Avropa çempionu Araz Musayevin oğludur.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti