“Qarabağ”la müqavilə imzalayan braziliyalı: “Xoşbəxtəm” – FOTO

5 Avqust 2022 13:20 Qarabağ 1 483
“Qarabağ”la müqavilə imzalayan braziliyalı: “Xoşbəxtəm” – FOTO

“Qarabağ"ın yeni transferi Julio Romao şəxsi “Instagram” hesabında maraqlı paylaşım edib.

Sportinfo.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Ferentsvaroş”la (Macarıstan) Bakıdakı ilk oyunda (1:1) meydana çıxaraq komandada debüt etməsi barədə fikirlərini izləyiciləri ilə bölüşüb:

“Tanrım, səndən aldığım hər şeyə görə minnətdaram. Debüt etdiyim üçün xoşbəxtəm. Mübarizəmizi davam etdirəcəyik”.

“Qarabağ” Romaonu bu yay Portuqaliyanın “Santa Klara” klubundan transfer edib. Yarımmüdafiəçi ilə 4 illik rəsmi müqavilə imzalanıb.

Digər Xəbərlər
Xəbər Lenti