"Gəlin, bizə dəstək olun, birlikdə qələbə qazanaq"

8 Dekabr 2021 09:20 Qarabağ 522
"Gəlin, bizə dəstək olun, birlikdə qələbə qazanaq"

"Bazel"in futbolçusu Edon Jeqrova evdə "Qarabağ"a qarşı keçirəcəkləri Konfrans Liqasının qrup mərhələsinin sonuncu - VI tur matçından öncə azarkeşlərə səslənib.

Sportinfo.az xəbər verir ki, kosovolu yarımmüdafiəçi vacib qarşılaşmada fanatlardan dəstək istəyib.

O, tərəfdarları görüşün oynanılacağı "Sent Yakob Park" stadionuna dəvət edib:

"Salam, dostlar! Sizin hər birinizi bu böyük oyunda stadionda görmək istəyirəm. Gəlin, bizə dəstək olun, birlikdə qələbə qazanaq".

Dekabrın 9-da gerçəkləşəcək "Bazel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Azərbaycan təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.

Digər Xəbərlər
Xəbər Lenti