Yığmamız "Bioderma Pro Beach Tour"da üçüncü yeri tutdu

04:40 Voleybol 55
Yığmamız "Bioderma Pro Beach Tour"da üçüncü yeri tutdu

Azərbaycanın kişilərdən ibarət çimərlik voleybolu millisi Türkiyənin Çatalca bölgəsində təşkil olunan "Bioderma Pro Beach Tour" açıq çempionatında bürünc medal qazanıb.

Sportinfo.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, FIVB reytinq xalları qazandıran yarışda İbrahim Məmmədov və Məhəmməd Aslanlı cütü mübarizə aparıb.

Onlar 16 komandanın iştirak etdiyi turnirdə 3-cü yeri tutublar.

Qadınların yarışında çıxış edən Səbinə Əlizadə – Leyla Əliyeva cütü isə 16 kollektiv arasında 5-ci olub.

Komandalar yarışda baş məşqçi Atvars Vildenin rəhbərliyi altında mübarizə aparıblar.

Digər Xəbərlər
Xəbər Lenti
16 Avqust 20:00 Çək və bizə göndər!