UEFA Mahir Emrelinin yeni klubunu böyük məbləğdə cərimələdi

03:30 Hadisə 70
UEFA Mahir Emrelinin yeni klubunu böyük məbləğdə cərimələdi

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Rakuv" klubu böyük məbləğdə cərimələnib.

Sportinfo.az xəbər verir ki, bu barədə UEFA İntizam Komitəsi qərar çıxarıb.

Ekstraklasa təmsilçisi UEFA Konfrans Liqasının III təsnifat mərhələsində İsveçin "Hammarbü" komandasına qarşı keçirdiyi oyunda yaşananlara görə ziyana düşüb.

Avropa futbol qurumu "Rakuv"a pirotexniki və digər vasitələrdən istifadəyə görə cərimə kəsib. Klub buna görə 60 000 avro ödəməli olacaq.

Polşa komandasına iki il sınaq müddəti verilib. Bu hal yenə təkrarlanarsa, avrokuboklardakı növbəti ev matçında B1 və B7 sektorlarına azarkeşlər buraxılmayacaq.

"Rakuv" sözügedən qarşılaşmada ictimai keçidlərin bağlanmasına görə isə 8 000 avro cərimələnib.

Görüş qolsuz yekunlaşıb. Tərəflər arasındakı cavab matçı bu gün, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
16 Avqust 20:00 Çək və bizə göndər!