“Qarabağ”ın Konfrans Liqasındakı rəqibindən qələbə

03:20 Hadisə 79
“Qarabağ”ın Konfrans Liqasındakı rəqibindən qələbə

“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Tvente” Niderland çempionatında növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, "Tvente" Erediviziyanın 2-ci turunda doğma meydanda “Zvolle”ni 3:1 hesabı ilə məğlub edib.

Bu nəticədən sonra mövsümdə ilk 3 xalını qazanan "Tvente" turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.

“Tvente” ilə “Qarabağ”arasında ilk oyun avqustun 20-də, Enshededəki “De Qrolsch Veste” stadionunda keçiriləcək. Cavab matçı isə avqustun 27-də Bakıda olacaq.

"Tvente" - "Zvolle" 3:1
Qollar:
Vaydman, 38, Mbayo, 59-avtoqol, Rots, 69 - Sorensen, 21

Digər Xəbərlər
Xəbər Lenti
16 Avqust 20:00 Çək və bizə göndər!