"Qarabağ" iki ən yaxşı qoldan birini öz qapısında görüb - VİDEO

4 Dekabr 2021 00:40 Qarabağ 467
"Qarabağ" iki ən yaxşı qoldan birini öz qapısında görüb - VİDEO

UEFA rəsmi instaqram səhifəsində Konfrans Liqasının qrup mərhələsinin V turunda qeydə alınmış 2 qolla bağlı sorğu keçirir.

Sportinfo.az xəbər verir ki, onlardan biri Kipr "Omoniya"sının futbolçusu Jordi Qomesin Bakıdakı matçda "Qarabağ"ın qapısına vurduğu qoldur.

Səsverməyə çıxarılan ikinci qolun müəllifi isə Kiprin digər təmsilçisi "Anortosis"in oyunçusu Lazaros Kristodolopulosdur. Onun 27-ci dəqiqədə Belçika "Gent"inə vurduğu qol fərqləndirilib.

"Qarabağ" - "Omoniya" görüşü 2:2 hesablı heç-heçə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu