Zubir: "Əlimdən gələni edirəm ki, komandaya xeyirim dəysin"

20 Oktyabr 2021 12:30 Qarabağ 458
Zubir: "Əlimdən gələni edirəm ki, komandaya xeyirim dəysin"

"Bizim üçün önəmli oyundur.

Matça hazır olduğumuzu düşünürəm. Qrupa yaxşı başlamışıq. Evdə nəticə qazanmaq istəyirik.

Rəqib yaxşı kollektivdir, amma istənilən halda doğma meydanda oynayırıq və yaxşı nəticəyə köklənmişik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Abdulla Zubir "Kayrat"a qarşı keçirəcəkləri Konfrans Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl mətbuat konfransında deyib.

Fransalı oyunçu bu turnirin başqa səviyyədə olduğunu bildirib: "Hər oyunda effektiv olmağa çalışıram. Sabah da belə olacaq. Çalışacam ki, komandaya kömək edim. Əlimdən gələni edirəm ki, komandaya xeyirim dəysin".

Zubir təsnifat mərhələsində meydanın ot örtüyünün yaxşı vəziyyətdə olmadığını sözlərinə əlavə edib:

"Amma burada oyunumuzdan daha çox məmnunuq. Çünki azarkeşlər stadiona daha yaxındır".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”