“Qarşıya qoyulan tapşırıqları yerinə yetirmək üçün bizi çətin bir dövr gözləyir"

03:10 Voleybol 88
“Qarşıya qoyulan tapşırıqları yerinə yetirmək üçün bizi çətin bir dövr gözləyir"

Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa Liqasındakı nəticələri pis deyil.

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında yığmanın üzvü Yelizaveta Ruban deyib.

Voleybolçu, qarşılaşmaların komandaya böyük təcrübə qazandırdığını bildirib:

"Avropa Liqasında çıxışımızı başa vurduq. Belə oyunlarda güclü və zəif tərəflərimizi yoxlamaq, hansı detallar üzərində işləməli olduğumuzu görmək, səhvlərimizi düzəltmək, hansı aspektlərdə maksimum güclənə biləcəyimizi və rəqibə hansı amillər sayəsində qalib gələcəyimizi təhlil etmək imkanı qazandığımız üçün şadam. Ümumilikdə nəticələrimiz pis deyil. Ən çox heyfsləndiyim məqam İspaniya ilə oyun oldu, qələbəni qopara bilərdik".

Y.Ruban turnirin son matçında şanssızlıqla üzləşdiklərini diqqətə çatdırıb:

"İsveçrə ilə sonuncu matçda oyunqurucumuz zədələndi. Təəssüf ki, onu əvəzləmək mümkün olmadı. İndi isə maraqlı bir mərhələ başlayır, Avropa çempionatına hazırlığa start veririk. Qarşıya qoyulan tapşırıqları yerinə yetirmək və yaxşı nəticə qazanmaq üçün bizi çətin bir dövr gözləyir".

Faiq Qarayevin baş məşqçi olduğu milli Avropa Liqasında ümumilikdə 6 oyun keçirib. Komanda Estoniya, Şimali Makedoniya və İsraili 3:0 hesabı ilə məğlub edib. İsveç və İsveçrəyə 0:3, İspaniyaya isə 1:3 hesabı ilə uduzub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı