“ChatGPT”nin admini mübahisəyə səbəbkar oldu: O, Messinin azarkeşidir? - FOTO

01:40 Hadisə 135
“ChatGPT”nin admini mübahisəyə səbəbkar oldu: O, Messinin azarkeşidir? - FOTO

Süni intellekt platforması “ChatGPT”nin rəsmi “Instagram” hesabında edilən paylaşım diqqət çəkib.

Sportinfo.az xəbər verir ki, paylaşımda Argentina millisinin formasını geyinmiş, baş hissəsi keçi (GOAT) təsviri ilə əvəzlənmiş futbolçu görüntüsü yer alıb.

Paylaşımın şərh bölməsində bir çox istifadəçilər bunun Messiyə tərif olaraq hazırlandığını qeyd edib. Bəzi istifadəçilər “səhifəni izləmədən çıxarıram”, bəziləri isə “ChatGPT” futbolu bilir“ kimi şərhlər yazıblar.

Bununla da Messi və Kriştianu Ronaldo azarkeşləri arasında mübahisələr yaranıb.

“GOAT” ifadəsi ingiliscə “Greatest Of All Time”, yəni “bütün dövrlərin ən böyüyü” mənasını daşıyır və idman tarixinin ən böyük simalarına istinad etmək üçün paylaşılır.

Messi DÇ-2026-da Avstriya ilə keçirilən oyunda dubl edib. Nəticədə, Argentina millisi 2:0 hesablı qələbə qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı