“Qarabağ”ın üzüntüsünü, “Omoniya”nın sevincini görən ADAM

28 Sentyabr 2021 17:00 Qarabağ 1 062
“Qarabağ”ın üzüntüsünü, “Omoniya”nın sevincini görən ADAM

UEFA “Omoniya” – “Qarabağ” matçını Şotlandiyadan olan hakimlər briqadasına tapşırıb.

Meydanda əsas söz sahibi Bobbi Madden olacaq.

1978-ci ildə anadan olan ədalət təmsilçisi 32 yaşından, yəni 2010-cu ildən yaxasında FİFA-nın emblemini daşıyır.

Artıq 11 ildir beynəlxalq oyunlara təyinat alan Madden indiyə qədər 86 belə görüşü idarə edib.

Hakimlik etdiyi qarşılaşmaların arasında Çempionlar Liqasının 1/16 final mərhələsinin matçları da olub. Yəni, şotlandiyalı referinin təcrübəsinə söz ola bilməz.

Maraqlısı budur ki, 86 oyundan cəmi 1-i təmsilçimizin iştirakı ilə baş tutub. Çempionlar Liqasının 2014-15 mövsümünün 3-cü təsnifat mərhələsində “Qarabağ” səfərdə “Zalsburq”un qonağı olanda meydanda baş verənlərə məhz Madden nəzarət edib.

2014-cü ilin avqustun 6-da baş tutan qarşılaşmada ağdamlılar rəqibinə 0:2 hesabı ilə uduzub ki, haqqında danışdığımız hakim təmsilçimizin 4 futbolçusuna sarı vərəqə göstərib.

Bobbi “Omoniya”ya da yaxından tanışdır. Həm də tanışlıqları uzaq keçmişə yox, 1 il əvvələ təsdüf edir.

Ötən mövsüm Avroliqanın qrup mərhələsində çıxış edən Nikosiya təmsilçisi oktyabrın 22-də Yunanıstada POAK-un qonağı olub.

Birinci tur çərçivəsində gərgin keçən qarşılaşma 1:1 hesabı ilə başa çatıb ki, 1 xalı qonaqların aktivinə yazılmalıdır. . Madden bu oyunda PAOK-dan 2, “Omoniya”dan 4 futbolçunu “sarı”yla “mükafatlandırıb”.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti