Azərbaycana gizli səfər etdi - "Qarabağ"a görə "kəşfiyyat apardı"

26 Sentyabr 2021 20:00 Qarabağ 4 304
Azərbaycana gizli səfər etdi - "Qarabağ"a görə "kəşfiyyat apardı"

"Omoniya"nın nümayəndəsi Azərbaycana səfər edib.

Həmin şəxs dünən Bakıda olub,

"Qarabağ"ın "Keşlə" ilə keçirdiyi Premyer Liqanın 5-ci tur matçını (1:1) canlı izləyib.

Kiprli müsafir Konfrans Liqasının ikinci turunda qarşılaşacaqları Ağdam komandasının oyunu barədə müəyyən qeydlər götürüb və bu gün səhər saatlarında ölkəsinə qayıdıb.

Kiprdə "Omoniya" və "Qarabağ" arasında Konfrans Liqasının qrup mərhələsinin II tur matçı üçün biletlər sentyabrın 24-dən satışa çıxarılıb.

Qiymətlər sektorlara uyğun olaraq 5 avro və 125 avro arasında dəyişir. Uşaqlar üçün ən ucuz biletin qiyməti 5 avro, yeniyetmələr üçün 10 avro, böyüklər üçün isə 20 avrodur.

Sentyabrın 30-da keçiriləcək "Omoniya" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Ağdam təmsilçisi ilk turda evdə İsveçrə "Bazel"i ilə qolsuz heç-heçə edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!