Filip Ozobiçin Azərbaycanda "40-ı"

21 Sentyabr 2021 13:20 Qarabağ 348
Filip Ozobiçin Azərbaycanda "40-ı"

Filip Ozobiç Azərbaycan Premyer Liqasında 40-cı qolunu vurub.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, bu, 4-cü turun “Qarabağ” – “Sumqayıt” matçına təsadüf edib. Dubla imza atan yarımmüdafiəçi Ağdam klubuna 2:0 hesablı qələbə qazandırıb. O, ölkə çempionatlarının 29 illik tarixində 40 və daha çox qol vuran 61-ci futbolçudur.

Qeyd edək ki, 40-cı qola 101-ci oyununda imza atan futbolçunun orta məhsuldarlığı 0,396-dır.

İlk qol: “Neftçi” – “Qəbələ” – 0:8 (10.09.2016) “Qarabağ”da ilk qol: “Qarabağ” – “Sumqayıt” – 1:0 (14.09.2018)

Heyətində qol vurduğu klublar: “Qarabağ” – 24, “Qəbələ” – 16

Qol vurduğu mövsümlər: 2016/17 – 11, 2017/18 – 5, 2018/19 – 9, 2019/20 – 1, 2020/21 – 11, 2021/22 – 3

Qapısına qol vurduğu rəqiblərin “lideri” dəyişdi: “Sumqayıt” – 8, “Keşlə” – 7, “Qəbələ” – 5, “Neftçi”, “Zirə” – 4, AZAL, “Qarabağ”, “Kəpəz” – 3, “Sabah” – 2, “Səbail” – 1.

Filip evdə daha çox qol vurub: evdə - 24, səfərdə - 16

Ozobiç 33 oyunda qol vurub: het-trik – 1, dubl – 5, bir qol – 27

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular