"Qarabağ"dan: "Ümid edirik ki, qruplara qalacağıq və o, bizə..."

21 İyul 2021 16:00 Qarabağ 1 707
"Qarabağ"dan: "Ümid edirik ki, qruplara qalacağıq və o, bizə..."

"Qarabağ" 3 gün əvvəl Konfrans Liqası üçün iştirak ərizəsini UEFA-ya göndərdi.

24 nəfərlik siyahıda Bədavi Hüseynovun adının olması bir qədər təəccüblü göründü.

Axı müdafiəçinin ən azı 6 aylıq meydanlardan kənar qalacağı xəbəri verilmişdi. Olmaya, durumunda irəliləyiş var və növbəti təsnifat mərhələlərində onu meydanda görə bilərik?

Məsələ ilə bağlı klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Sportinfo.az-a bunları dedi:

"Bədavi Hüseynov bizim komandanın futbolçusudur. Bəli, hazırda zədəlidir.

İndiki halda təsnifat mərhələlərində oynaması real görünmür. Ümid edirik ki, qruplara qalacağıq və orda komandamıza kömək edə biləcək".

Digər Xəbərlər
Xəbər Lenti