"Evdən çox "Qarabağ"ın bazasında zaman keçirirəm"

21 İyun 18:00 Qarabağ 688
"Evdən çox "Qarabağ"ın bazasında zaman keçirirəm"

"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev klubun rəsmi saytına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, qolkiper yeni mövsümün hədəfləri barədə danışıb: “Daha 2 il “Qarabağ”da qalacam. Buna görə çox sevinirəm. Bu komanda mənim ailəmdir. Evdən çox komandamızın bazasında zaman keçirirəm. Burada hamı mənə doğmadır. Hədəflərimiz dəyişmir. Yeni mövsümdə çempionluq titulunu geri qaytarmaq, eləcə də çoxdandır əldə etmədiyimiz kuboku qazanmaq istəyirik. Avrokuboklara gəlincə, biz hər il qrup mərhələsinə vəsiqə qazanmaq üçün meydana çıxırıq. Konfrans Liqası yeni çağırışdır. Başlıca olaraq, ilk turda qələbə qazanmaq, mərhələ keçmək haqda düşünürük. Sonrası haqda hər oyundan sonra danışarıq. Allahın köməyi ilə bu il hədəflərimizə çatacağıma inanıram”.

Digər Xəbərlər
Xəbər Lenti
23 İyul 13:00 Həminki "Qarabağ"
22 İyul 23:10 "Buna imkan vermədilər"