“Qarabağ”dan danışıqlar apardıqları legionerlər barədə MÜHÜM AÇIQLAMA

8 May 2021 17:40 Qarabağ 2 799
“Qarabağ”dan danışıqlar apardıqları legionerlər barədə MÜHÜM AÇIQLAMA

“Bizim həqiqətən də maraqlandığımız futbolçular var. Onlar təkcə Portuqaliyadan deyil, başqa ölkələrdən də var”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib.

Portuqaliyanın "Record" nəşri Azərbaycan çemionunun "Real SC"də çıxış edən Felipe Rayanla maraqlanması barədə xəbər yayıb. Bildirilib ki, 24 yaşlı braziliyalı yarımmüdafiəçini Rumıniya təmsilçiləri də heyətinə qatmaq istəyir.

Felipe Rayan 2019-cu ildən "Real SC"də oynayır. Komanda Portuqaliyanın 3-cü liqasında mübarizə aparır.

G.Abbaszadə bu haqda aşağıdakıları söyləyib: “Ola bilsin ki, Felipe Rayan bizə təklif olunan legionerlədən biridir. Amma bu, onunla razılaşma əldə etmişik anlamına gəlmir.

Təbii ki, təklif olunan futbolçuların hər biri diqqətlə incələnir. Burada həmin futbolçuların “Qarabağ”ın tələblərinə uyğun olması önəmlidir.

Tələblər deyəndə, yalnız onların komandanın oyun üslubuna uyğun gəlməsi əsas götürülmür. Meydankənar amillər də var ki, bu detallara belə, xüsusi diqqət yetirilir.

Bunlar da öyrənilir və araşdırılır. Komandanıbn gücləndirilməsi istiqamətində işlər davam etdirilir. Amma hazırda əsasən mövsümün son oyunlarına köklənmişik, başqa müzakirələr aparmırıq.

Mövsüm başa çatandan sonra “Qarabağ”ın hədəflərinə, tələblərinə və büdcəsinə uyğun gələn futbolçularla danışıqlar aparılacaq.

Hələlik müxtəlif mövqelər üzrə futbolçularla bağlı təkliflər gəlməkdədir. Klunun müxtəlif futbolçularla maraqlanması və onları izləməsi tam normaldır”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"