Mahir Emreli son qərarı Qurban Qurbanovun öhdəsinə buraxdı

4 May 2021 13:00 Qarabağ 1 138
Mahir Emreli son qərarı Qurban Qurbanovun öhdəsinə buraxdı

"Qarabağ"ın hücumçusu Mahir Emreli ilə bağlı xəbərlər bir-birini əvəz edir.

Son günlər ən geniş yayılmıış iddia isə onun "Legiya" (Varşava) ilə razılıq əldə etməsi barədədir,

Polşanın "Meczyki" nəşrinin yazdığına görə, 24 yaşlı forvard yaxın günlərdə Varşava təmsilçisi ilə müqavilə imzalayacaq.

Nəşr danışıqların başa çatdığını və hər hansı daha sərfəli təklif olmasa, sözləşmənin tezliklə imzalanacağını bildirib. Emrelinin yeni klubunda qazanacağı məbləğ də açıqlanıb.

Müqavilə bağlanacağı təqdirdə o, "Legiya"da illik 300 min avro maaş alacaq. Ölkə çempionu azərbaycanlı forvarda 3 illik müqavilə təklif edib.

Xəbərdə forvardın Rusiyanın "Ural" (Yekaterinburq) və Almaniyanın "Union" (Berlin) klublarından aldığı təkliflərin maddi cəhətdən daha yaxşı olduğu vurğulanıb. Lakin o, Qərbi Avropaya yaxın klubda oynamaq və 1-2 iki il ərzində daha yaxşı komandaya keçmək niyyətindədir.

Dünən isə Polşada fəaliyyət göstərən ispaniyalı jurnalist Eugenio Qonsales Agilera bu barədə tvitterdə yazıb. O, danışıqların çox yaxşı getdiyini bildirib:

"Çoxlu təklifi olmasına baxmayaraq, Mahir Emreli "Legiya" ilə anlaşmağa yaxındır. "Legiya" danışıqları sürətlə inkişaf etdirir".

Mahir Emreli 2015-ci ildən "Qarabağ"ın formasını geyinir. Ağdam təmsilçisi ilə müqaviləsi yayda başa çatacaq. 23 yaşlı hücumçu hazırda Premyer Liqada 16 qolla bombardirlik yarışında ikinci sıradadır.

Onun adı Polşanın daha bir neçə klubu ilə yanaşı çəkilir, lakin… Mahir gələcəyi ilə bağlı son qərar verməyi Qurban Qurbanovun öhdəsinə buraxıb.

O, baş məşqçisinə "Siz necə istəyəcəksiz, elə də olacaq. Sözünüzdən çıxmağa haqqım yoxdur, çünki bu yerə gəlib çatmağımda ən böyük əziyyəti çəkən siz olmusuz. Məni Mahir edən bir insansiz. Vicdanım yol verməz ki, bütün bunları unudum" deyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"