"İstənilən məğlubiyyətdən dərs çıxarmaq lazımdır" - Qurban Qurbanov

2 Mart 2021 20:50 Qarabağ 603
"İstənilən məğlubiyyətdən dərs çıxarmaq lazımdır" - Qurban Qurbanov

"Pis oyun alınmadı. Temp sonadək düşmədi. "Qəbələ" məğlub olsa da, öz oyun intizamını qorudu. Futbolçularımdan razı qaldım. Bəzi oyunlarda çətinlik çəkirik. Artıq bu görüşü unutmalıyıq".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Qəbələ"ni məğlub etdikləri Azərbaycan Premyer Liqasının XVII turunun oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, bəzən uduzulan oyunlar komandanın xeyrinə olur: "Amma "Neftçi" ilə matçadək 3 oyun keçirmişdik və məhsuldarlığımız pis deyildi. Derbilərdə bəzi hallar olur ki, futbolçulara pis təsir edir. İstənilən məğlubiyyətdən dərs çıxarmaq lazımdır".

Qurbanov penalti zərbəsini yerinə yetirəcək futbolçunu əvvəlcədən müəyyənləşdirdiyini söyləyib: "Paltardəyişmə otağında yazılı formada göstərilib ki, penalti olsa, kim vuracaq".

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR