“Qarabağ”ın üzünü güldürən: “Baxdım və fikirləşdim ki…“

28 Fevral 2021 11:00 Qarabağ 887
“Qarabağ”ın üzünü güldürən: “Baxdım və fikirləşdim ki…“

Xayme Romero “Qarabağ”ın heyətində 10-cu qoluna imza atıb.

Sportinfo.az xəbər verir ki, ispaniyalının yubileyi Premyer Liqanın XVII turuna təsadüf edib.

Yarımmüdafiəçi “Səbail”lə qarşılaşmada (1:0) həlledici qolun müəllifi olub. Xayme “Qarabağ”ın heyətindəki 10 qoldan 4-nü Premyer Liqa, 1-ni Azərbaycan kuboku, 5-ni avrokuboklarda vurub.

“Azersun Arena”dakı top legioner futbolçunun cari mövsüm Premyer Liqada ilk qolu olub. O, çempionatda sonuncu dəfə ötən il fevralın 15-də “Zirə” ilə səfər matçında (6:0) fərqlənib.

Romero ilk qolunu 2019-cu iyulun 31-də İrlandiya təmsilçisi “Dandolk”la Çempionlar Liqasının ev görüşündə (3:0) vurub. 30 yaşlı legioner cərimə zərbəsindən vurduğu son möhtəşəm qol barədə bunu söyləyib:

"Cərimə zərbəsini yerinə yetirməmişdən əvvəl düşünürdüm ki, topu cərimə meydançasına ötürüm, yoxsa qapıya vurum. Qapıya baxdım və fikirləşdim ki, yaxşı mövqeydir.

Ona görə də qərara aldım ki, topu qapıya vurum. Nəticədə qol oldu və bu, komandamıza vacib qələbə qazandırdı. Çempionluq yarışında vacib 3 xal əldə etdik. Buna görə çox məmnunam. Çalışacağıq ki, qələbə seriyasını davam etdirək".

Digər Xəbərlər
Xəbər Lenti