Qurban Qurbanovu özünə inandırdı, 100-ə çatdı - FOTO

22 Fevral 2021 19:40 Qarabağ 546
Qurban Qurbanovu özünə inandırdı, 100-ə çatdı - FOTO

Abdullah Zubir “Qarabağ”ın heyətində 100-cü oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, yubiley Azərbaycan Premyer Liqasının XVI turuna təsadüf edib.

“Sumqayıt”la səfər oyununadək (0:0) fransalı yarımmüdafiəçi 99 matçda şans qazanmışdı. 100-cü dəfə meydana çıxan futbolçunun aktivində 19 qol var.

Zubir ölkə çempionatında 56 (14 qol), kubokda 8, avrokuboklarda 36 (5 qol) oyunda iştirak edib.

Zubir “Qarabağ”ın heyətində ilk oyununu 2018/19 mövsümündə keçirib. Onun debütü 2018-ci il iyulun 11-də Çempionlar Liqasının “Olimpiya” ilə Sloveniyadakı matçında (1:0) reallaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var