Zəng vurub, amma... "Xeyir-dua" söhbəti olmayıb

26 Yanvar 2021 22:20 Qarabağ 868
Zəng vurub, amma... "Xeyir-dua" söhbəti olmayıb

Deyəsən, Gündüz Abbaszadəyə «Qarabağ»da işləmək rahat olmayacaq.

Klubun mətbuat xidmətinin keçmiş rəhbəri Nurlan İbrahimovun ona halallıq verdiyini yazmışdıq.

Amma… Sabiq press-ateşe bu barədə heç nə danışmaq istəmir. Hələlik susur və bütün sualları cavabsız buraxır.

İbrahimov mətbuatdan yan gəzsə də, öyrəndik ki, Abbaszadə həqiqətən onunla əlaqə saxlayıb. Fəqət, sonuncuya ondan xeyir-dua almaq müəssər olmayıb.

Ümumiyyətlə, gedişatdan belə anlaşılır ki, İbrahimov ondan sonra məhz Abbaszadənin görəvə gəlməsindən üzgündür və bunu qəbullanmaq istəmir.

Çünki onun fikrincə, səbəb Abbaszadənin vaxtilə "Neftçi"də işləyərkən, ikt klubun arasını vurmağa cehd etməsi, "Qarabağ"ın əleyhinə media üzərindən kampaniya aparmış birinin bura gəlmə durumudur!

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti