18 illik fasilədən sonra Azərbaycanı avrokuboklarda təmsil edəcək klub gedir

4 Sentyabr 2023 02:40 Basketbol 1 040
18 illik fasilədən sonra Azərbaycanı avrokuboklarda təmsil edəcək klub gedir

18 illik fasilədən sonra Azərbaycanı avrokuboklarda təmsil edəcək “Sabah” BK FIBA Avropa Kubokunun təsnifat mərhələsinə hazırlıqlarını davam etdirir.

Sportinfo.az xəbər verir ki, komanda sentyabrın 6-da hazırlıq çərçivəsində Serbiyanın paytaxtı Belqrad şəhərinə yollanacaq.

Sentyabrın 18-nə kimi davam edəcək təlim-məşq toplanışı zamanı 6 yoldaşlıq görüşünün keçirilməsi nəzərdə tutulub.

8 sentyabr. “Sabah” BK - Vrsac (Serbiya)

10 sentyabr. “Sabah” BK - “Radniçki (Serbiya)

13 sentyabr. “Sabah” BK - “OKK Belqrad” (Serbiya)

15 sentyabr. “Sabah” BK – “Borac Zemun” (Serbiya)

16 sentyabr. “Sabah” BK – “Srvena Zvezda 2” (Serbiya)

17 sentyabr. “Sabah” BK – “Zlatibor” (Serbiya)

"Sabah" "Srvena Zvezda"nın təlim-məşq bazasında hazırlıq keçəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular