Azərbaycan çempionatında "KƏLLƏ" olayı və QƏRƏZ!

26 Noyabr 2019 18:32 Qalmaqal 752
Azərbaycan çempionatında "KƏLLƏ" olayı və QƏRƏZ!

Kişi boksçular arasında Azərbaycan çempionatında final görüşləri keçirilib. 29 komandanın 109 idmançısının iştirakı ilə Boks Mərkəzində təşkil edilən yarışa bu gün yekun vurulub..

Sportinfo.az-ın məlumatına görə, həlledici yarış günü ciddi insidentlə yadda qalıb. Belə ki, 69 kq çəki dərəcəsində rinqə çıxan Elməddin İsmayılov hakimlərin qərəziylə üzləşib.

MOİK-in təmsilçisi finalda komanda yoldaşı Sərxan Əliyevə uduzub. İsmayılov hər 3 raundda üstünlük qazansa da, qələbə rəqibinə verilib.

Halbuki Əliyev görüş ərzində qaydaları bir neçə dəfə pozub, hətta rəqibinə başla zərbə də endirib. Elməddinin məşqçiləri hakimlərdən şikayət etsələr də, etiraz qəbul olunmayıb.

Digər Xəbərlər
Xəbər Lenti